Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

ruzigar fars

Dövran, zəmanə, tale, fələk. (“Koroğlu” dastanının lüğəti)

 Amma sən gəl ki, bu neçə il ruzigar hələ bu meydanlarda nə Qara pəhləvan basılmışdı, nə də aşıq Cünun. (“Koroğlunun Ərzurum səfəri”)

*

Koroğlu aşıq Cünuna elə bir xoşgəldin elədi ki, ruzigarın gözü hələ belə xoşgəldin görməmişdi. (“Koroğlunun Ərzurum səfəri”)

*

...amma altında bir at var, bir at var ki, ruzigarın gözü belə at görməyib. (“Qulun qaçmağı”)

Azərbaycan dastanlarının leksikası