►Televiziya ekranlarında nümayiş etdirilən, amma bədii-estetik cəhətdən çox da yüksək olmayan seriallara münasibətdə işlədilən ifadə.
İfadə ötən əsrin otuzuncu illərində ABŞ radiolarında efirə getmiş çoxseriyalı audioproqramlara yuyucu maddələr, o cümlədən sabun istehsal edən şirkətlərin sponsorluğu ilə bağlı meydana çıxmışdır.
Həmin dövrlərdə (1933) belə radio proqramlarının dinləyicilərinin əksəriyyəti evdar qadınlar idi və yuyucu tozların reklamları da birbaşa auditoriyanın həmin seqmentinə yönəldilirdi. Televiziya meydana çıxdıqdan sonra teleserialların nümayişi ilə auditoriyanın «Sabun operası» və «Sabun dramları» kimi ifadələr də geniş yayılmağa başlamışdır. Yenə həmin seriallarda yuyucu tozların, o cümlədən sabun çeşidlərinin reklam edilməsi şüurlarda «Sabun operası» ifadəsinin möhkəmlənməsinə səbəb olmuşdur.
Bəzən seriallardakı situasiya və süjetlərə uyğun gələn həyat hadisələrini, vəziyyətləri xarakterizə etmək üçün də bu ifadə işlədilir.
Məsəllər, deyimlər