Maldarlıqla bağlı oxunan əmək nəğmələri.
S.N. sayaçı sözlərinin bir qolunu təşkil edir. Eydirmə nəğmələrinə oxşasalar da, məqsədi və ifa çalarına görə fərqlənir. Oxşama, nazlama üslubunda olan eydirmədən fərqli olaraq S.N.-ndə bolluğa, bərəkətə inam, ümid ifadə olunur.
Dağları, dərələri,
Daşları, bərələri.
Oturun, qoyun sağın,
Bol olsun kərələri.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti