Reklam
Reklam

Məsəllər, deyimlər

ŞAH TƏNBƏLİ

Həddindən artıq tәnbәl, ərincək, bivec adamlar barəsində işlədilən ifadə.

İfadә xalq arasında mәşhur olan bir rəvayətdən qaynaqlanmışdır.

Deyilir ki, bir vilayətin şahı ölkәdәki bütün tәnbәllәri öz hesabına bәslәyib saxlayarmış. Bunlara çoxlu mәsrəf getdiyindən vəzirlәr narazı imişlәr. Bir gün tәnbәlləri qovmaq üçün onların yaşadığı binaya od vururlar. İki tənbәldәn başqa hamı qaçır. Qalanlardan biri: «Ah, yandım, yandım!» – deyә inlәdikdә ikincisi ona: «Denən ki, yoldaşım da yandı, nə olar, mənim dә yerimә «yandım» qışqır», – deyir. Odur ki bunlar әsl tәnbәl kimi şahın yanında qalırlar.

İfadә bәzәn müәyyәn coğrafi adlarla da әlaqələndirilərək «Bağdad tәnbәli», «İsfahan tәnbәli», «Әrdәbil tәnbәli» şәkillәrindә də işlәdilir.

Məsəllər, deyimlər