Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

şahinkimilər

Quşlar sinfinə aid olan ailə.

Ş.-ə Antarktida və bəzi adalar istisna olmaqla, hər yerə yayılmış 60-a yaxın növ daxildir. Əksər növlərin dimdiyinin üzəri əlavə dişciklərlə təchiz olunmuşdur. Qanadları uzun və ensizdir. Bu onların çox hündürdə uçmasına dəlalət edir. Ş.-in bir qismi kiçik məməlilərlə, digər qismi havada quşları tutmaqla, üçüncüsü ilan və kərtənkələ tutmaqla, dördüncüsü kütlə içərisindən böyük ölçülü həşəratları tutmaqla, beşincisi bütün hər bir şeylə qidalanırlar. Yuvalarını ağaclarda qurmurlar. Çoxalma üçün özgə yuvalarını zəbt edir, həmçinin qayalıqda, torpaqda və insanların yaratdıqları tikililərdə yuva qururlar.

Biologiya terminlərinin izahlı lüğəti