Fars ədəbiyyatına məxsus əfsanəlәrdәn, hekayətlәrdәn vә tarixi salnaməlәrdәn ibarәt bədii külliyyat.
Bu külliyyat həm nəzmlə, həm də nəsrlə olur. Tarixi Sasanilər imperiyası dövrünə qədər gedib çıxır. Sasanilər dövründə “Xvatay-namak” adlanırdı. İslam dininin yayıldığı dövrlərdə isə “Xudanamə” adı ilə yayılıb. “Xuda” sözü Allah mənasında olduğu üçün sonradan “Şahnamə” adı alıb. Bu külliyyatlar haqqında əl-Mәsudi, İbn Hoyqәl, İstәxri kimi әrәb tarixçi vә coğrafiyaçıları mәlumat verib. Ş.-nin yazılı ədəbiyyatda ən məşhur nümunəsi Ə.Firdovsinin “Şahnamə” poemasıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti