Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sakit [sa:kit] sifət ərəb

1. Bərkdən səslənməyən, yaxşı eşidilə bilməyən, asta, yavaş (gur,uca ziddi). □ Sakit səs. Sakit danışıq.

2. Davasız, qalmaqalsız, qışqırıqsız, səs-küysüz, həyəcansız. □ İşi sakit aparmaq. Sakit danışmaq. Məsələni sakit həll etmək.
3. Susmuş, sükut içində olan, sükuta batmış; hərəkətsiz, səssiz-səmirsiz, hay-küysüz, sükunət içində olan. □ Sakit gecə. Sakit səhra. Sakit şəhər. Sakit küçə.
4. Rahat, həyəcansız, iztirabsız, qayğısız, aram. □ Sakit həyat. Sakit iş. Sakit günlər keçirmək. Həyatının ən sakitçağlarında.
5. Dinc, əziyyət verməyən. □ Sakit körpə. Çox sakit uşaqdır. 
6. Mülayim, həlim, yumşaqxasiyyətli. □ Sakit baxışlı qara gözlərindən azərbaycanlı olduğu məlumdu. (Ə.Əbülhəsən). 
7. Soyuqqanlı, soyuqqanlılıqla, əsəbiləşmədən. □ Poladzadə sakit qulaq asa bilmir, ürəyindən qara qanlar axırdı. (Ə.Vəliyev). 
8. Dinc, rahat, arxayın, həyəcansız. □ Qəhrəman bir qədər sakit idi. (H.Nəzərli).

Həmçinin bax:

frazeologizm: sakit durmamaq (oturmamaq) Azərbaycan dilinin izahlı lüğəti