Reklam
Reklam

Məsəllər, deyimlər

SALAM VERDİM – RÜŞVƏT DEYİLDİR DEYƏ ALMADILAR

►Məmurların, vəzifə sahiblərinin haram yolla pul qazanmasına, başqasının malına göz dikməsinə, rüşvətə qurşanmasına açıq şəkildə etiraz bildirən ifadə.

İfadә Azәrbaycan şeirinin qüdrətli nümayəndəsi M.Füzulinin «Şikayәtnamә» әsərindәn götürülmüşdür.

Böyük şairin bu ifadəsi ictimai münasibətlərdəki çatları, istənilən cəmiyyətdəki haqsızlığı və rüşvətxorluğu ifşa edir. Әsәrdə şair xalq malı hesab olunan vәqf pullarının mәmurlar tәrәfindәn oğurlandığını, rüşvәtxorluğu, süründürmәçiliyi kәskin tәnqid atәşinə tutmuşdur.

Salam verdim, rüşvət deyildir deyə almadılar,

Hökm verdim, faydasızdır deyə iltifat etmədilər.

Osmanlı səltənətinin 10-cu sultanı Qanuni Süleyman 1530-cu ildə Bağdadı fəth etdikdən sonra yerli sənətkarlar və qələm əhli ilə maraqlanır. M.Füzuli haqqında ona danışırlar. Sultan Süleyman onu qəbul edərkən şair bir neçə qəsidəsini oxuyur. Bu da sultanın xoşuna gəlir və ona doqquz axçalıq aylıq maaş kəsir. Amma süründürməçi, rüşvətxor məmurların üzündən maaşını vaxtlı-vaxtında ala bilmir. Beləliklə, inciklik və qəzəbini sətirlərə tökərək «Şikayətnamə»ni yaradır.

İfadә xalq arasında çox geniş işlәdilәn atalar sözü kimi yayılmışdır.

Məsəllər, deyimlər