Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

saleh [sa:leh] sifət ərəb

1. Arxaizm. Yararlı. □ Dedim: saxla məni, qul olum sənə; Qardaş yox, saleh oğul olum sənə. (A.Səhhət).
2. Arxaizm. İxtiyarı olan. □ Saleh mindi qara nər; Süsən, sünbül, qaranər; Doğsa günəş camalın; Şah dağından qar ənər. (Bayatı).
3. Arxaizm. Dinin əmrlərinə uyğun hərəkət edən. □ Əməlləri saleh olmayanları; Orda özün kimi üryan görərsən; Qaynartiyanlarda büryan görərsən. (M.Müşfiq).

Azərbaycan dilinin izahlı lüğəti