Borçalı, Gədəbəy, Xanlar, Qazax, Şəmkir, Tərtər
1. Xəbər vermək.
2. Soraq vermək. □ Uşaxdan bir salıx verən yoxdu (Qazax); Bir ildi ki, yavının itməsini salıx vermişəm, yenə bir şey çıxmır (Xanlar).
3. Nişan vermək (Borçalı, Şəmkir). □ Bir adam gəlmişdi, Məmmədin öyünü soruşdu, mən də salıx verdim getdi (Şəmkir); Salıx verən olsa, gedif taparam (Borçalı).
Azərbaycan dilinin dialektoloji lüğəti