►Viran qoyulmuş, böyük xarabalıq, səliqəsizlik və dağıntı olan yer haqqında işlədilən ifadə.
İfadə monqol sərkərdəsi Mamay xanın adından götürülmüşdür.
Monqol xanı Batının 1237-ci ildə hücumundan sonra əsarət altına düşmüş Rusiyada monqol-tatar idarəçiliyi hökm sürməyə başladı. Bu dövrdə rus knyazları təhqirlərə dözməli və böyük xərac ödəməli idilər.
1380-ci ildə Mamay xan qarşısına çıxan hər şeyi dağıdıb məhv edərək monqol qoşunlarını Moskvaya apardı. Monqolların qarşısını böyük knyaz moskvalı Dmitri kəsdi: o, Kulikovo çölündə döyüşə girdi. Şiddətli döyüş bütün gün davam etdi və rus qoşunlarının qələbəsi ilə başa çatdı. Bu döyüşün şərəfinə knyaz Dmitri Donskoy ləqəbini aldı.
Rusiya tarixi bu ifadə altında monqol-tatarlara qarşı ağır döyüşləri və bir də bu döyüşlərin nəticəsi olan dağıntı və xarabalıqları xatırlayır.
Məsəllər, deyimlər