Lirik şeirlərdə tez-tez rast gəlinən klassik obraz; işrət məclislərində içki və şərab paylayan şəxs.
Klassik ədəbiyyatımızda S. lirik qəhrəmanın tez-tez müraciət etdiyi, dialoq qurduğu obrazdır. M.Füzulinin “Leyli və Məcnun” poemasında S. ilə olan söhbəti misal gətirmək olar. S. daha çox eşq mübtəlasına düşmüş qəhrəmanın halını anlayan, dərdinə şərik olan obraz kimi çıxış edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti