Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SARI

azərb. sarı əslində dilimizdə rənglərdən birinin adıdır. Məlum olduğu kimi, türklərdə rəng həm də inamlar, yaşayış və təfəkkür tərzi ilə bağlıdır. Rənglərin zaman və məkan anlayışları ilə əlaqəsi, kosmoqonik dünyagörüşlə bağlılığı diqqəti cəlb edir.

Şifahi xalq ədəbiyyatı nümunələrində ağ, qara, al, göy, sarı, boz, qızıl rənglərinə daha çox rast gəlinir. Sarı rəng qədim türklərdə Ay, Günəş, ulduzlar, həmçinin dünya, kainat; etnonim, totem; qızıl; pul; yetişmiş, yetkin, kamillik və s. göstəricisdir. Məlum olduğu kimi, hələ erkən dövrlərə aid şifahi xalq ədəbiyyatı nümunələrində də, müasir dövrdə yaranan bədii ədəbiyyat nümunələrində də gözəlin üzü Aya, Günəşə bənzədilir. Başqa sözlə, Azərbaycan antroponimikasında rənglərlə əlaqədar formalaşmış mürəkkəb qadın adlarının tərkibində işlənmiş sarı sözü gözəllik ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti