1. İlahiyyat. Başına sarıq qoymuş, başında sarıq olan, çalmalı. □ Bu küçənin ... başı sarıqlı axundları ilə başı silindrli ziyalıları bir müqəddərat daşıyırdılar. (S.Hüseyn).
2. İsim kimi: molla, ruhani, müsəlman din xadimi (bu mənada adətən “başısarıqlı” şəklində işlənir).
3. Bint, sarğı və s. ilə sarınmış, bağlanmış (yara, sınıq və s. haqqında). □ Sarıqlı qol. Sarıqlı ayaq. Üzü sarıqlı olmaq.
4. İp, sarğı və s. ilə bağlanmış. □ Dərviş gözünü açıb gördü ki, bir divin dalısında əl-ayağı sarıqlı gedir. (Nağıl).
5. Üzərinə bir şey sarınmış. □ Şəkildə görünən zatın başındakı sarıqlı fəs, əynindəki gen vəbiçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünəcəlb etmişdi. (M.S.Ordubadi).