Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

savadlı1 [savatdı] sifət

1. Yazıb-oxumağı bacaran. Biçarə tacir məktubu əl-əl gəzdirib, heç bir kəs oxuya bilməyib, Gəncədə də ki savadlı molla tapmaq mümkün deyildir. (C.Məmmədquluzadə). 
2. Qrammatik cəhətdən çox düzgün yazan və danışan. Savadlı tələbə. Savadlı şagird. 
3. Məcazi mənada: hər hansı bir sahədə yaxşı biliyi, məlumatı olan; bilikli. Savadlı həkim.

savadlı2 [savatdı] sifət

Üstünə qara naxışlar çəkilmiş, savad vurulmuş gümüş şeylər haqqında.

Azərbaycan dilinin izahlı lüğəti