►Hörmәt göstәrmәk, fikri və rəyi ilə hesablaşmaq, diqqәt yetirmәk.
İfadә «Kitabi-Dәdә Qorqud» dastanından qaynaqlanır.
Dastanın müxtəlif boylarında «sağda oturan say bәylәr» ifadәsi tez-tez işlәnir. Yəni burada frazeoloji birləşmənin əsas tərəfi olan «say» sözü seçilmiş, hörmәtli («say-seçmә» vahidindә olduğu kimi), ayrıca çəkisi olan adama müsbət münasibəti bildirir. Sonra ifadə «saya saymaq» şәklindә olmuşdur ki, dildə bunun inkar variantı (saya saymamaq) da işlənir.
Müasir dilimizdә sabit şəkildə işlədilən «saya salmaq» və onun başqa variantı kimi mövcud olan «saya saymaq» birləşməsi kimisə hörmәtlilәr, nüfuzlular sırasına daxil etmәyi bildirir.
Məsəllər, deyimlər