Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

şəbəkə kütləvi informasiya vasitələri

1. Yalnız internetlə yayımlanan media məhsulları.

Ş.K.İ.V. dedikdə, əsasən, ­informasiya saytları, bülletenlər, internet-ra­dio, internet televiziyası və internet-qəzetlər nəzərdə tu­tulur. Onlar xəbərlərini daim təzələyir və yüksək operativliyi sə­bəbindən digər KİV üçün mü­hüm informa­siya mənbəyi rolunu oy­na­yır­. 

2. Mər­kəzi stansiyadan və ona birləşdirilmiş yerli stan­siyalardan ibarət teleradio yayımı təşkilatı.

Belə şəbəkəyə daxil olan stansiyalar çox vaxt mərkəzdən ötü­rülən proq­ramların yayımını aparır, bəzən ayrı-ayrı verilişləri (mə­s.: xəbərləri) özləri müs­təqil ha­zırlayır. Ümumi konsepsiyadan çıxış et­məklə, əsasən, fərqli kontent yara­dan bö­yük şəbəkə TV-lər də mövcuddur; məs.: CNN. 

3. Bir dövri nəşrə bağlılığı olmaqla müxtəlif regionlarda yayımlanan, konsepsiya və formaca eyni, məzmunca tam, yaxud qismən fərqli qə­zetlər, jur­nallar.

Adətən, belə nəşrlər müxtəlif dil­lərdə, müəyyən əla­və­lərlə eyni ad altında çıxır; məs.:, Metro qrupuna daxil (Meksika), Metropol (Maca­rıs­tan), MetroXpress (Da­ni­marka), Metro-Moskva (Rusiya) qə­zet­ləri.

Jurnalistika terminləri lüğəti