Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şəbih

Dini-tarixi mәzmunda meydan tamaşası: Kərbəla hadisələrinə həsr olunmuş faciəli tamaşa, mərasim.

Ş.-də dini şəxsiyyətlərin faciəvi ölüm səhnəsi nümayiş etdirilir. Bu tamaşalar islam dinində şiəlik təriqəti ilə bağlıdır; əsasən, Məhərrəm ayında aşura günü səhnələşdirilir. Peyğəmbərin, on iki imamın və onların övladlarının dini mübarizədə yaşadıqları acınacaqlı həyatı və ölüm səhnələri Ş.-lərin əsas mövzusudur. Bu mövzu Ş. tamaşalarının adlarında da özünü göstərir: “Әlinin qәtli”, “İmam Hüseynin qәtli”, “Hәzrәt Abbasın şәhid olması”, “Qasım otağı”, “Kәrbәla müsibәti”, “Müslümün Kufәdә qәtli”, “Müslümün oğlanlarının qәtli” və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti