Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şəkər [şəkər] isim fars

1. Qənd. □ Xalq batıbdır noğla, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. (M.P.Vaqif).
2. Məcazi mənada: şirin, dadlı, ləzzətli şey. □ Danışanda şəkər damar sözündən; Qaymaq dodaqları ballı sənəm, gəl! (Xəstə Qasım).
3. Tibb. Şəkər xəstəliyi, diabet. □ Şəkəri olan adam ciddi pəhriz gözləməlidir.

Həmçinin bax:

frazeologizm: dilinin altına qənd (şəkər) qoymaq Azərbaycan dilinin izahlı lüğəti