1. Bir şeyin, ya adamın xarici görünüşü; sifət, surət. □ Uşaq böyüdükcə şəklini dəyişirdi.
2. Bir şeyin və ya şəxsin əl və ya foto ilə çəkilmiş surəti; tablo, rəsm. □ Əsgər şəkli. Divardan böyük bir şəkil asılmışdı.
3. Surət, obraz, təsvir, bənzər, timsal. □ Onun şəkli indi də gözümün qabağından getmir.
4. Məcazi mənada: öz xarici gözəlliyi, bədiiliyi ilə adamı heyran edən şey haqqında. □ İnsan deyil, bir şəkildir.
5. Ədəbiyyatşünaslıq. Dram əsərlərində ayrıca dekorasiya tələb edən pərdənin bir hissəsi. □ “Vaqif” pyesi 5 pərdə 11 şəkildir.
6. Məcazi mənada: mənzərə, təsəvvür olunan şey. □ Gələcək şəhərin şəklini göz qabağına gətirmək.
7. Kinofilm. □ Dünən klubda maraqlı bir şəkil göstərdilər.
8. Vəziyyət, hal, forma, xarakter. □ İlyasın söhbəti çox ciddi şəkil aldı. (M.S.Ordubadi).