Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SƏLBİ

fars. salbi (əslində sarvi) cənubda bitən iynəyarpaqlı, həmişəyaşıl ağacın adıdır. Səlbi, əslində Sərvi qadın adı sərv ağacına bənzəyən anlamındadır.

Klassik ədəbiyyatda gözəlin boy-buxunu, qaməti sərv ağacına bənzədilir. Sərv boylu, sərv qamətli olmaq elə gözəl olmaq kimi anlaşılır. Bu səbəbdən klassik poeziyada ən çox rast gəlinən söz və ifadələr sırasındadır. Səlbi də, Səlvi də sözün təhrif olunmuş formalarından yaranmış qadın adıdır. Bu gün ad, əsasən, Səlbi formasında mövcuddur. Azərbaycan antroponimikasında Sərvi müstəqil qadın adı kimi deyil, Sərvinaz, Sərvigül kimi mürəkkəb qadın adlarının tərkibində komponent olaraq mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti