Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

səməndər

Əsatirə görə, odda yaşayan heyvan.

Çoxu aşıqlığı asan şey sandı,

Cəfasını gördü, çox tez usandı,

Abbas bir pərinin oduna yandı,

Görənlər dedilər: bax, səməndərdi.

                                  (“Abbas və Gülgəz”)

Gahdan bir də ab alıram özümdən,

Yanıb eşq oduna səməndər oldum.

                                  (“Nəcəf və Pərzad”)

Koroğluyam, mən sözümdən dönmərəm,

Səməndərəm, alışmışam, sönmərəm,

Səndən qeyrəz huri görsəm sevmərəm,

Qaldır ürbəndini, görüm gül üzün!..

                                   (“Koroğlunun Qars səfəri”)

Azərbaycan dastanlarının leksikası