Günəş.
Şəms-qəmər (günəş və ay). Şərq ədəbiyyatında gözəlin camalına bənzətmə kimi işlənir.
Bir bədən gördüm bu gün əl-ayağı yeddidi,
Qırx səkkiz qanadı var, şəmsi çırağı yeddidi.
(“Şəmşir və Sənubər”)
*
Bu necə əndazdı, gəlin,
Baxışın şahbazdı, gəlin.
Doğmusan şəmsü qəmər,
Gül dildarın yazdı, gəlin.
(“Şah İsmayıl”)
*
Bircə dindir Dəmirçioğlunun özünü,
Şəmsü qəmər kimi göstər üzünü,
Qoy öpək Qıratın dırnaq, gözünü,
Gün kimi aləmə yayıl, Eyvazım!
(“Durna teli”) (“Bağdad–Əsəd”, “Bağdad–Əli”)
Azərbaycan dastanlarının leksikası