►Keçmişində yaxşı vaxtları, nüfuzu, pulu olduğunu iddia edən adamlara guya təsəlli vermək və onları ruhlandırmaq üçün kinayə ilə işlədilən ifadə.
İfadə «Uşaqlığın son gecəsi» filmində (1968) Muradla Davud arasında gedən söhbətdən qaynaqlanaraq yayılmışdır.
Bu söhbət əsnasında Davud keçmiş günlərini xatırlayır. Məhəllənin adət-ənənələrindən, öz cavanlığından danışır. Davudun gənclik hekayələrini dinləyən Murad həmişəki kimi bu dəfə də onu istehza ilə dinləyir, yenə ələ salır və yarızarafat, yarı kinayə ilə «Qədeş, sənin də vaxtların olub, a!» ifadəsini işlədir.
Məsəllər, deyimlər