Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şər1 [şər] isim ərəb

1. Pislik, yamanlıq, fənalıq, pis iş. Xeyir və şər. Şər deməsən, xeyir gəlməz. (Atalar sözü).
2. Böhtan, iftira, fitnə, intriqa; xata, xata-bala. ...səni o iki şeytanın şərindən mühafizə etməyi bacarmıram. (S.S.Axundov).
3. Sifət kimi: böhtançı, iftiraçı, fitnəçi, intriqaçı, xatakar. Şər adamdır, ondan uzaq ol.

şər2 [şər] isim ərəb

Klassik ədəbiyyatda şəriət mənasında işlənmişdir. □ Söz yox ki, badə şərdə olmuş bizə həram; Zənnim budur ki, yar ilə içsən həlal olur. (S.Ə.Şirvani).

Həmçinin bax:

frazeologizm: şər atmaq frazeologizm: şər qarışmaq frazeologizm: şərə düşmək frazeologizm: şərə salmaq frazeologizm: şər-şəbədə qoşmaq Azərbaycan dilinin izahlı lüğəti