Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

səri

Əruz vəzninin Azərbaycan şeirindəki onuncu bəhri.

İki növü var. Birinci növ aktiv səridir ki, təfiləsi “müftə`ilün müftə`ilün fa`İlün” şəklindədir: 

Payi-piyadə düşürəm çöllərə,

Xari-müğilan görürəm, qorxmuram. (M.Ə.Sabir)

İkinci növ “müftə`ilün müftə`ilün” təfiləsində olan ikibölümlü səridir:

Leyk mənim qışda dəxi yaz kimi,

Yaşıl olur paltarım atlas kimi. (M.Ə.Sabir)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti