1. Bir şeyin var olması, həyata keçməsi üçün lazım olan amillər; əsas, zəmin. □ Fiziki hazırlıq uçuş üçün əsas şərtdir.
2. Bir-birilə saziş bağlayan tərəflərdən hər hansı birinin irəli sürdüyü tələb və ya təklif. □ ...Əsməri tapıb onunla evləndi, çünki Əsmər onun istədiyi şərtlərə tamamilə uyğun idi. (S.Hüseyn).
3. Müqavilənin, tərəflərin bu və ya digər öhdəliyini müəyyənləşdirən maddəsi.
4. İki və ya bir neçə şəxs arasında saziş, uzlaşma, bağlaşma, şərtləşmə. □ Şərtə görə o, işi dünən qurtarmalı idi.
Həmçinin bax: