Maddi obyekt, hadisə, insan xarakteri haqqında assosiasiya yaradan, təsəvvürdə onların xəyalını canlandıran səs elementlərinin (nitq, musiqi, küy) məcmusu.
S.O. anlayışı radio verilişlərində istifadə olunan ifadə vasitələrinin dinləyici tərəfindən qavranılması sahəsində araşdırmaların nəticəsi kimi XX əsrin 70-ci illərində jurnalistikaya daxil edilib. S.O.-nın strukturunda bütün elementlər – söz, musiqi, küy, tembr və s. – eyni dərəcədə əhəmiyyətlidir, çünki onların hər biri obrazın yaradılmasında həlledici əhəmiyyət daşıya bilər. S.O. televiziya verilişi və kinofilmlərdə də bədii təsvir vasitələrindən biri kimi çıxış edir, yaxud müəllifin bilavasitə süjetlə bağlı olmayan fikrinin ifadə forması rolunu oynayır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti