Qədim silah, altıdilli toppuz. (“Koroğlu” dastanının lüğəti)
Acıqlanma, Dəli Həsən,
Misri qılınca qataram.
Atılaram şeşpər kimi,
Bağrın başına bataram.
(“Koroğlu ilə Dəli Həsən”)
Giziroğlu Mustafa bəyin bir şeşpəri var idi, ucu haça. Bu elə bir şeşpər idi ki, məşhuri-aləm. Arvadlar usaqlarına qarğıs eləyəndə “səni görüm Giziroğlunun şeşpərinə rast gələsən” deyərdilər. Giziroğlu haman haça şeşpəri qaldırdı başına, bir dəfə hərləyib tulladi. Şespər gəlib meydandakı məscidin günbəzinə elə dəydi ki, günbəzdən od töküldü.
(“Durna teli”)
– Oğul, heç qılınc-zad oynatmağı, at minməyi, şeşpər atmağı bacarırsanmı?
(“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikası