Şəxsiyyəti birbaşa, yaxud dolayısı ilə müəyyənləşdirmək imkanı verən hadisə və fəaliyyətlər barədə faktlar, bilgilər.
Şəxsi həyata dair bir sıra məlumatların əldə olunması qanunla məhdudlaşdırılır. Buraya özəl təşkilatlarda üzvlüyə dair informasiya istisna olmaqla insanların siyasi baxışları, dini etiqadları, dünyagörüşləri, etnik mənşələri, irqi mənsubiyyətləri, sağlamlıq vəziyyətləri, ruhi və fiziki əzabları haqqında və s. məlumatlar daxildir. Hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar da açıq məhkəmə iclasınadək, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda (insanların şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyinin qorunması və s.) bu kateqoriyaya aid edilir. Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar isə cinsi həyat, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, övladlığagötürmə, habelə ailə həyatının bəzi digər məqamlarına aid məlumatlardan ibarətdir.
See also:
Jurnalistika terminləri lüğəti