Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şəxssiz cümlə

Tərkibində mübtəda iştirak etməyən və təsəvvür də olunmayan sadə cümlə.

Şəxssiz cümlələrin xəbəri həmişə III şəxsin təkində olur. Şəxssiz cümlələr ismi və ya feili xəbər əsasında formalaşır. İsmi xəbərli şəxssiz cüm­lələrin xəbəri isimlərlə, bəzi zərflər və ismi birləşmələrlə ifadə olunur: Qarlı, şaxtalı bir səhər idi. Deyəsən, gecədir. Onun əsgərliyə gedən vaxtıdır. Feili xəbərli şəxssiz cümlənin xəbəri frazeoloji birləşmələr və ya feilin şəxssiz forması ilə ifadə olunur: Bizim meşələrimizdə filə rast gəlinmir. Səhər məsə­ləyə baxılacaq. Ananın ondan acığı gəlirdi. Bəhruzun getmə­yinə icazə verildi. Şəxssiz cümlələr geniş və müxtəsər olur: müxtəsər – Axşam idi. Mənim yuxum gəlirdi; geniş – Dünən gec idi. Bu kitablardan indi daha məktəbdə istifadə olunmur.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti