Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

səydəş1

Ağcabədi, Göyçay, İmişli, Kürdəmir, Tərtər, Yevlax

Yersiz damşan, yersiz hərəkət edən. □ Xəlil səydəş adamdı (Ağcabədi); O, çox səydəş arvaddı (Yevlax); Əl çək mənnən, səydəşin biri səydəş; O:n səydəş sözünnən nə ləzzət anne:rsuz? (İmişli).

səydəş2

Çənbərək

Əyri. □ Gəvənir ağzı səydəşdi; Hardan gətirifsər bu səydəş çuvuğu?

Azərbaycan dilinin dialektoloji lüğəti