Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

səyirtmək

Çapmaq, dördnala sürmək (atı). (“Koroğlu” dastanının lüğəti)

Əzəl bunu, sonra da o birisini min, təzəcə sulanmış şumda səyirt, qaratikanlığa sür, sonra da sıldırım daşlı dağa çap.

                       (“Alı kişi”)

Düratı səyirdib düşmüşəm yola,

Urum deyib Çənlibeldən gəlirəm.

Gümüş qolçaqları bağlayıb qola,

Polad geyib Çənlibeldən gəlirəm.

                               (“Məhbub xanımın Çənlibelə gəlməyi”)

Azərbaycan dastanlarının leksikası