Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

sibir xoruzu

Toyuqkimilərə aid olan növ.

Toyuqkimilərin ən böyüklərindən biri olub, hind quşu boydadır. Erkəklərinin çəkisi 3,5-6,5 kq-a, dişilərinin çəkisi isə 1,7-2,3 kq-a qədərdir. Çox yöndəmsiz və qorxaq quşdur. Yerişi cəlddir. Yem axtararkən tez-tez yerdə qaçır. Uçuşu ağır və səs-küylüdür. Meşə üzərində uçur. S.X.-nun yayılma oblastı Skandinaviya yarımadası, Britaniya adaları və Pirineydən Baykal gölü və Lena çayı sahillərindəki iynəyarpaqlı və enliyarpaqlı meşələrdir. S.X. qiymətli ov quşudur.

Biologiya terminlərinin izahlı lüğəti