Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sifətin çoxaltma dərəcəsi

Əşyada əlamət və keyfiyyətin adi dərəcəyə nisbətən çox olduğunu bildirən dərəcə.

Ço­xaltma dərəcəsi də iki üsulla yaranır: 1. Morfoloji üsulla. Adi dərəcədə olan sifətin sonuna -ca2 şəkilçisi artırılır: zorbaca, yaxşıca, qaraca, kiçikcə və s. Adi dərəcədə olan sifətin əv­vəlinə onun ilk hecası artırılır, lakin bu zaman hecanın son samiti m, p, r, s samitlərindən biri ilə əvəz olunur. Əgər həmin heca saitlə bitirsə, bu samitlərdən biri sadəcə olaraq hecaya qoşulur: gö-m-göy, do-s-doğma, qı-p-qırmızı, tə-r-təmiz. 2. Sin­taktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə çox, lap, daha, ən, olduqca, zil ədatları, tünd sözü və ya düm his­səciyi artırılır: ən gözəl, lap qırmızı, zil qara, tünd-göy, dümağ.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti