Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

siluet

fr. silhouetteFransanın baş maliyyə nəzarətçisi Etyen de Siluetin adından

1. Fiqur və əşyaların əlavə detallarsız, yalnız kənar cizgilərinin birrəngli təsviri, qrafika texnikası növü.

Çap KİV-də, karikaturalarda, komikslərdə və s.-də bu tex­ni­kadan geniş istifadə olunur. Terminin eti­mo­lo­giyası maraqlıdır. 1750-ci illərin ­sonunda Yeddiillik müharibə zamanı Fran­sanın ma­liyyə naziri Etyen de Siluet hamını bəd­xərcliyə son qoymağa, o cümlədən varlıları dəbdəbəli portretlərə pul sərf etməməyə çağırırdı. Nazirin çağırışına cavab olaraq karikaturalardan birində onun profildən «qənaətcil» kölgəsi çə­kil­mişdi. Bundan sonra kölgə-portretləri «a la Silho­uet­te» (Siluet sayağı) adlan­dır­dılar. 

2. Qa­raltı; qaranlıqda, dumanda kölgə kimi görünən insan, əşya.

S. televi­ziya və kinoda işlədilən təsvir üsulla­rın­dan biridir.

Jurnalistika terminləri lüğəti