ibrani. sima şöhrət, şan, şərəfli ad deməkdir. İncildə Nuh Peyğəmbərin oğlanlarından birinin adındandır.
Sonradan ərəb, fars, slavyan dillərinə keçmişdir. Ərəb dilində üz, bəniz, çöhrə, həmçinin şəxs, şəxsiyyət mənalarında işlənir. Xarici görünüş kimi məcazi mənası da vardır. Sima qadın adı məişətimizə XX əsrin otuzuncu illərindən sonra daxil olmuşdur. Serafima qadın adının qısaldılmış forması olub, rus dilindən birbaşa keçmə şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti