İslam ədəbiyyatında dini-mistik poeziyanın janrlarından biri.
Daha çox şiəlik təriqəti ilə bağlı nümunələrdir; bu şeirlərdə imamların faciəli ölümləri ilə bağlı kədər ifadə olunur. Əruzun nisbәtәn yüngül bəhrlәrindә olması ilә fәrqlәnir. Növhəlәr kimi S.-in də mövzusu Kərbəla müsibәtini özündə әks etdirməsidir:
Dolanır Əli qızı məqtəli,
Qan içində bir bədən axtarır.
Yolun üstə qafilə ləng olub,
Bacı qardaşa kəfən axtarır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti