İslam peyğəmbərinin və xəlifələrin həyatından, onların savaşlarından bəhs edən əsərlər.
İslamın ilk dövrlərinə aid hədis, əhvalat və rəvayətlərin bədii şəkildə işlənilməsi ilə yaradılırdı. S.-lərdə Məhəmməd peyğəmbərin müqəddəsliyi, peyğəmbərliyinin isbatı, onun möcüzələri, həmçinin xəlifələrin ədaləti, qüdrəti və s. ifadə olunurdu. S. həmçinin divan ədəbiyyatının tərkib hissəsi idi. Həmin dövrdə ədiblər din müqəddəslərindən bəhs edən bədii mətnləri divanlarında əks etdirirdilər. Şərqdə əsas S. müəllifləri bunlardır: Urvə ibn Zübeyr, Vəhb ibn Münəbbih, İbni Şihab əl-Zühri və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti