Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

soğmax1

Basarkeçər, Başkeçid, Borçalı, Qazax, Şəmkir

Suyun qabağını kəsmək.  Də:rmanın suyunu taxtaynan soğdux (Basarkeçər); Suyu soğdum (Borçalı); Dəyirmançı, suyu soğut (Qazax); Də:rmənin suyu soğuluf (Şəmkir).

soğmax2

Basarkeçər, Hamamlı, Qazax

Hamısını içmək, içib qurtarmaq. □ Gədə iskanın suyun içif soğdu (Basarkeçər).

soğmax3

Başkeçid, Borçalı

Udmaq, qalib gəlmək. □ Nərddə mən Əhmədi soğdum (Borçalı).

Azərbaycan dilinin dialektoloji lüğəti