Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sona

Yaşılbaş ördək.

Dilimizdə bəzən qu quşunun sinonimi kimi də işlənir.

Əcəb həddə çatıb yaşın,

Sonatək yaşıldı başın.

Nə xoş çəkilibdi qaşın,

Könül sənə bənd olubdu.

                              (“Fərhad və Şirin”)

Bülbül olan heç unutmaz gülünü,

Sona olan tərk eyləməz gölünü.

Şirin heç döndərməz səndən meylini,

Oğlan, bir səbir eylə, sirrim duyarlar.

                                       (“Fərhad və Şirin”)

Nə ola sözüm qanasan,

Məni yandırdın, yanasan,

Sən bir yaşılbaş sonasan,

Qoy tökülsün şux tellərin!

                      (“Koroğlunun Qars səfəri”) (“Koroğlu–Hümmət”)

Göydən bir cüt sona endi,

Aylı dağın arasına.

Yar ki yardan küsər oldu

Ağlar, sızlar, çarası nə?

                (“Koroğlunun Qars səfəri”)

Eyvaz kimi olmaz sona...

               (“Koroğlunun Türkmən səfəri”) (Hümmət Əlizadə)

Azərbaycan dastanlarının leksikası