1. Struktur cəhətdən elmi əsaslara söykənən forma və ardıcıllıqla tərtib edilmiş, hər biri tədqiqatın (sorğunun) əsas məqsədilə məntiqi surətdə bağlı olan suallar toplusu.
Bu suallar respondentlərdən qiymətləndirmə üçün lazım olan informasiyaları almağa imkan verir.
2. Sorğu zamanı respondentlərə verilən sualların siyahısı və bu siyahının dərc olunduğu vərəq (vərəqlər).
S.A.-ndə hər sualdan sonra onun cavabının qeyd olunması üçün yer saxlanılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti