Bax: sevda.
Darayıb zülfünü, töküb üzünə,
Sərimi sövdaya saldı, nə çarə?
(“Əsli və Kərəm”)
Gəlirdim çıxdı qarşıma,
Məhbub xanım, Məhbub xanım.
Sövdasın salıb başıma
Məhbub xanım, Məhbub xanım.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Alver, alış-veriş. (“Koroğlu” dastanının lüğəti)
Səninlə mənim nə sövdam?
(“Koroğlunun İstanbul səfəri”)
Təzə sövdəgər olubsan,
Bu sövdan mübarək olsun!
Alış-veriş öyrənibsən,
Bu sövdan mübarək olsun!
(“Həmzənin Qıratı aparmağı”)
O şəhər sənin, bu kənd mənim, bazar açdı, sövda qurdu...
(“Koroğlunun Bayazid səfəri”)
Koroğlunun sözün yazma qələtə,
Hesab etmə qanmaza, nabələdə,
Ruqiyyə xanımı gəl ver Məmmədə,
Sən gəl bu sövdadan incimə, ay xan!
(“Qulun qaçmağı”)
Azərbaycan dastanlarının leksikası