Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sövdəgər

ərəb. sövdə və fars. gər

Parça alverilə məşğul olan tacir.

– Mənim toyum var, ora gedək. Toydan sonra sizə aşıqlıq lazım deyil, gedib sövdagarlıq elərsiniz. (“Abdulla və Cahan”)

Baba sövdəgəri dörd yana işlər,

Neçə qul-qaravaşı, axçanı xəşlər,

Hesabı yox, beş-beş, on beş bağışlar,

Bu sifətdə çodar olmaz, ay olmaz.

          (Paris nüsxəsi, 3-cü məclis)

Azərbaycan dastanlarının leksikası