Sözün qrammatik şəkilçiyə qədər olan hissəsi.
Hər bir sözün leksik mənası onun başlanğıc forması əsasında müəyyən edilir. İsimlərdə başlanğıc forma qrammatik şəkilçisiz və adlıq halda olan hissədir. Feillərdə isə əmr şəkli başlanğıc formanı təşkil edir: gəz, oxutdur. Bununla belə, lüğətlərdə feillər məsdər formasında verilir: gəzmək, oxutdurmaq. Qrammatik şəkilçisiz sadə sözlərdə başlanğıc forma ilə kök üst-üstə düşür. Məsələn, yurd sözünün kökü də, başlanğıc forması da eynidir. Yurddakı sözündə isə yurd sözün kökü, yurddakı başlanğıc forması hesab olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti