yun. spodumenos – külə çevrilmiş
Piroksenlər qrupundan mineral.
Monoklinik sinqoniyada kristallaşır, prizmatik kristallar əmələ gətirir. Bozumtul-ağ, sarımtıl, yaşılımtıl olur. Bənövşəyi S. kunsit, zümrüdü-yaşıl S. hiddenit adlanır. Şüşə parıltılıdır. Qranit peqmatitlərində rast gəlir. Litium filizidir. Kunsit qiymətli daşdır.
Coğrafiya terminləri lüğəti