Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

stop kadr

ing. stop – dayanmaq + fr. cadre – sağanaq, çərçivə

1. Hərəkətdə olan ekran təsvirinin birdən-birə dayanması, donmuş vəziyyətdə qalması təəssüratı ya­radan kinematoqrafik fənd, montaj effek­ti.

Bu effekt montaj zamanı eyni kadrın ardıcıl olaraq təkrarlanması yolu ilə əldə edilir və hər hansı təsviri, epizodu vur­ğu­lamaq məqsədi daşıyır. 

2. Video­ava­dan­lıqların kadrı ekranda, displeydə hərəkətsiz vəziyyətdə saxlamağa imkan verən iş rejimi.

Bu iş rejimində avadanlıq ekrana, displeyə ötürdüyü eyni videosiqnalı ardıcıl olaraq təkrarlayır. 

3. Rejissorun çəkilişi da­yandırmaq üçün operatora verdiyi komanda. 

4. Effekt yaratmaq baxımından hadisənin, hərəkətin, prosesin ən uğurlu anını əks etdirən fotoşəkil.

Bir çox hallarda KİV-də belə təsvirlər məhz «S.K.» rubrikası altında yerləşdirilir.

Jurnalistika terminləri lüğəti