Başqa nitq hissələrinə aid sözlərin ismin leksik-qrammatik xüsusiyyətlərinə malik olması.
Əşyanın əlamətini, keyfiyyətini, miqdarını bildirən sözlər əşyanın özünü ifadə etdikdə substantivləşir. Bu zaman onlar ismin yerində işlənərək ona aid qrammatik şəkilçiləri (hal, mənsubiyyət, cəm və xəbərlik) qəbul etmiş olur; məs.: Acın toxdan xəbəri yoxdur. Üçdə alacağı yox, beşdə verəcəyi. Əmması var.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti