►Bolluğu, firavanlığı, rahatlığı bildirmək məqsədilə işlədilən ifadə.
İfadə türk xalqlarının әsatirlәrində göy qübbəsi haqqındakı təsəvvürlərdən qaynaqlanır.
Qәdim türk әsatirlәrinә görә, yeddi qatdan ibarət olan göyün әn uca məqamında böyük mәbud olan gün (ana), altıncı qatda isә ay (ata) yerlәşir. Әn gözәl vә maraqlı məkan üçüncü qat sayılır. Bu qatda Bayülkәnin iki oğlu oturur. Burada həm ilahlar yaşayır, hәm dә insanların cәnnәti Ağ ölkә yerlәşir. Bütün hәyatın qaynağı olan Süd gölü dә məhz burada – göyün üçüncü qatındadır.
Rəvayətə görə, hәr hansı bir uşaq dünyaya gәldikdә gözәllik, mәhәbbәt vә doğum ilahәsi Ayzit bu süd gölündәn bir damla süd alıb һәmin uşağa içizdirir. Bu bir damla süd uşağa ruһ, hәyat vermiş olur. Ona görә dә doğum ilahәsinә bәzәn «südoğlu» da deyilir.
Məsəllər, deyimlər