türk. sulduz sözündəndir. Sulduz cığataylarda tayfa adındandır. Tarixdən məlum olduğu kimi, Sulduz eli (ulusu) XIII yüzillikdə Çingiz xanın fatehliyi dövründə Monqolustandan Azərbaycana, İrana, Kiçik Asiyaya gəlmişdir.
Mənbələrdə Azərbaycanda iqtidarda olmuş Çobanilərin də Sulduz elindən olması barədə məlumatlara rast gəlinir. Cənubi Azərbaycanda şəhər adıdır. Lüğətlərdə qədim zamanlarda Merkuri planetinin adı kimi də izahına rast gəlinir. Azərbaycan şəxs adları sistemində həm müştərək şəxs adı, həm də təxəllüs kimi mövcud olan adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti